“Eurovision-2012” mahnı müsabiqəsinin biletlərinin dekabrda satışa çıxarılacağı gözlənilir
Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" musiqi yarışmasının biletlərinin dekabr ayının sonlarında satışa çıxarılacağı gözlənilir. SİA-nın müsabiqənin Azərbaycan üçün rəsmi fan-klubu olan "Ogae Azerbaijan"ın saytına istinadən verdiyi məlumata görə, bilet satışına dekabrın sonları, yanvarın əvvəllərində başlanması nəzərdə tutulur.
Saytda bildirilib ki, biletlərin satışına start verilməsi ilə bağlı söz-söhbətlər yalandır: "Bakı əhalisinin nəzərinə çatdırmaq istəyirik ki, bu cür informasiyalara inanmasınlar. Konsertlərə biletlər, eləcə də Ogae zona üçün səhnənin qarşısında nəzərdə tutulan yerlərin satışına dekabrın sonları, yanvarın əvvəllərində başlanılması planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB