MTV kanalı "Video Music Award-2011"ə namizədlərin siyahısını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mükafatın favoriti amerikalı müğənni Ketti Perri hesab olunur.
İfaçı "İlin ən yaxşı videoklipi", "Ən yaxşı duet", "Ən yaxşı rejissor işi", "Ən yaxşı rəssam işi", "Ən yaxşı montaj", "Ən yaxşı operator işi" və "Ən yaxşı xüsusi effektlər" nominasiyalarında mükafata namizəd göstərilib.
Britaniyalı müğənni Adel isə 7 nominasiyada mükafata təqdim olunub. Ötən il mükafatın təqdimetmə mərasimində qalib olan Ledi Qaqanın adı bu il cəmi 3 nominasiyada hallanır.
Mükafatın təqdimat mərasimi isə avqustun 28-də Los-Ancelesdə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB