Eurovision” mahnı müsabiqəsinin internet saytında dəyişiklik edilib

Eurovision” mahnı müsabiqəsinin internet saytında dəyişiklik edilib

"Eurovision" mahnı müsabiqəsinin internet saytı Azərbaycanın qələbəsinə uyğun dəyişdirilib. SİA-nın məlumatına görə, artıq əsas sayt olan "eurovision.tv" Azərbaycanın bayrağının əks olunduğu "Eurovision" sözü ilə əvəzlənmişdir. Bu hal hər il qalib ölkəyə uyğun olaraq dəyişdirilir. Saytın əsas səhifəsinin yuxarı hissəsində artıq "Eurovision Song Contest - Baku 2012" yazılmışdır.

Saytın bu görüntüsü növbəti il Azərbaycanda keçiriləcək "Eurovision" yarışmasında yeni qalib ölkənin seçilməsinə kimi davam edəcək. İl ərzində saytda əsas materiallar da Azərbaycanda müsabiqənin hazırlıq işləri ilə bağlı olacaq. Hər bir xəbərdə isə "Eurovision Baku - 2012" yazılacaq.

Xatırladaq ki, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision" yarışmasında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal birincilik qazanaraq Azərbaycana qələbə gətiriblər. Növbəti il bu yarışmanın ev sahibi Azərbaycan olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə