Qəbələdə keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin final mərhələsi başlanıb - FOTO
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin final mərhələsinə start verilib.
SİA-nın verdiyi xəbərə görə, iyulun 21-də "Qafqaz Resorte" otelində keçirilən müsabiqənin final mərhələsinin ilk günündə Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Aleksandr Vaşadze və Anna Kipiani (Gürcüstan) bacarıqlarını nümayiş etdiriblər. Hər biri ayrı-ayrılıqda çıxış edən gəncləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etmişdir. Orkestrə bədii rəhbər, Xalq Artisti, "Şöhrət" ordenli Rauf Abdullayev dirijorluq edib.
İyulun 22-də isə Andrey Yaroşinski (Rusiya), Ketevan Cakarataşvili, Aleksandr Samoilov (Ukrayna) çıxış edəcəklər.
Sonda BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərliyi ilə 11 ölkədən məşhur pianoçuların təmsil olunduğu münsiflər heyətinin finalın nəticələri ilə bağlı yekun qərarı açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB