Əbülfəs Qarayev Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işləri ilə bağlı Qusara səfər edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirmək məqsədilə Qusara səfər edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, layihənin tikinti işlərini aparan yerli və xarici şirkətlərin rəhbərləri ilə geniş müşavirə keçirilib.
Ə.Qarayev Nabran zonasında fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub və burada istirahət edən insanlarla söhbət aparıb. Həmçinin, Xaçmaz və Şabran rayonlarının mədəniyyət obyektlərinə baxış keçirilib.
Səfərin nəticələrinə uyğun olaraq nazir Xaçmaz və Şabran rayonlarında mədəniyyət və turizm sahələri üzrə müvafiq göstərişlər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB