Oqtay Mirqasımovun “Ovsunçu” filmi “Qızıl Minbər” Beynəlxalq kinofestivalında iştirak edəcək

Oqtay Mirqasımovun “Ovsunçu” filmi “Qızıl Minbər” Beynəlxalq kinofestivalında iştirak edəcək

Tatarıstanın paytaxtı Kazanda sentyabrın 6-dan 11-dək "Qızıl Minbər" VII Beynəlxalq müsəlman filmləri kinofestivalı keçiriləcək. SİA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən verdiyi məlumata görə, seçim komissiyası iyulun 20-dən başlayaraq müsabiqədə iştirak edəcək filmləri müəyyənləşdirir.

Müsəlman ölkələrində ekranlaşdırılan 40-dək filmin nümayiş etdiriləcəyi festivalda Azərbaycan Oqtay Mirqasımovun "Ovsunçu" filmi ilə təmsil olunacaq.

Film Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə baş verən hadisələrdən bəhs edir.

Filmdə aparıcı rolları tanınmış aktyorlar Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə