Azərbaycan Türkiyənin «Qızıl əllər» rəsm sərgisində iştirak edəcək

İyulun 20-dən 28-dək Türkiyənin İstanbul şəhərində "Qızıl əllər" adlı rəsm sərgisi keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgidə Türkiyənin və müxtəlif ölkələrin rəssamlarının əl işləri təqdim olunacaq.

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə ölkəmizi sərgidə xalçaçılıq üzrə məşhur rəssam Baladayı Hüseynov təmsil edəcək.

Sərgidə onun \"Qobustan\", \"Xəyal\", \"Maska\" həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 190x131 sm. ölçülü xalça üzərində şəkli təqdim olunacaq.

Baladayı Hüseynov həmçinin Heydər Əliyev Fondunda eksponat kimi saxlanılan Ümummilli lider Heydər Əliyevin portretini də toxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...