“Faberji” yumurtaları satışa çıxarılacaq- FOTO

“Faberji” yumurtaları satışa çıxarılacaq- FOTO

"Faberji" zərgərlik evi deyəndə ağla ilk olaraq pasxa yumurtaları gəlir. Baxmayaraq ki, 1917-ci ildə baş verən oktyabr inqilabından sonra şirkət məhsullarının istehsalını dayandırmışdı. Ancaq "Faberji" zərgərlik evi öz fəaliyyətini yenidən bərpa edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu "Economic times" jurnalına zərgərlik evinin marketinq direktoru Katerina Flor açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkət yenidən ali zərgərlik incəsənət dünyasında bir daha təsdiq etməlidir, çünki məhsullar ustalıqla saxtalaşdıra bilirlər.

Məlumat üçün bildirək ki, pasxa yumurtaları 4 min dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Qeyd edək ki, "Faberji" zərgərlik evi 1848-ci ildə Sankt- Peterburqda yaradılıb. İlk dəfə olaraq şirkətin çar III Aleksandr və II Nikolayın sifarişi ilə pasxa yumurtaları məşhurlaşıb. İnqilabdan sonra öz gücünü itirən tarixi brendi yenidən həyata qaytaran Cənubi Afrikalı biznesmen Braym Gilbertson olub.

Bütün xəbərlər Facebook səhifəmizdə