Bu gün II Beynəlxalq Pianoçular müsabiqəsinin III turuna start veriləcək
Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Pianoçular müsabiqəsinin III turuna start veriləcək. SİA-nın məlumatına görə, Qəbələdə təşkil olunan müsabiqənin iyulun 17-dən start götürən II turunda 7 ölkədən 11 pianoçu yarışıb.
Şərtlərə əsasən pianoçular 50 dəqiqə ərzində 4 əsər ifa ediblər. Proqrama L.V.Bethovenin sonatası, F.Listin etüdü, Tofiq Quliyevin "Qaytağı" əsəri daxil edilmişdi. İfaçılar istəklərinə uyğun olaraq İ.Bramsın, R.Şumanın, S.Raxmaninovun əsərini də səsləndiriblər.
Pianoçuların 3 turdan ibarət II Beynəlxalq müsabiqəsinin final mərhələsi iyulun 21-22-də keçiriləcək. Finala vəsiqə qazanan iştirakçılar Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Onların çıxışlarını Amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın sədrliyi ilə beynəlxalq münsiflər heyəti qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB