“Cümə” məscidində bərpa işləri başa çatmaq üzrədir

“Cümə” məscidində bərpa işləri başa çatmaq üzrədir

Salyanda 1865-ci ildə inşa edilən mədəniyyət abidəsi – 18 günbəzdən ibarət "Cümə" məscidində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri başa çatmaq üzrədir.

SİA-nın məlumatına görə, tarixi memarlıq abidəsinin bərpasını həyata keçiriən Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov bildirib ki, qəza vəziyyətində olan məsciddə bərpa işlərinə 2010-cu ilin oktyabrında başlanılıb. Artıq məscid yüksək səviyyədə yenidən bərpa edilərək ilkin vəziyyətinə gətirilib.

Hazırda tamamlanma işləri aparılan "Cümə" məscidinin bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə