“Eurovision-2011” müsabiqəsinin qalibləri Göyçay və Zərdab rayonlarına səfər edəcəklər

“Eurovision-2011” müsabiqəsinin qalibləri Göyçay və Zərdab rayonlarına səfər edəcəklər
"Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Azərbaycanın Göyçay və Zərdab rayonlarına gedəcəklər. SİA-nın məlumatına görə, səfərin məqsədi isə həmin rayonlarda qələbə günü anadan olan və qaliblərin şərəfinə Eldar və Nigar adı verilən yeni doğulmuş körpələrin ailələrinə baş çəkməkdir.

Qeyd edək ki, "Eurovision-2011" mahnı yarışmasında birincilik əldə edən gün, yəni mayın 15-də möhtəşəm qələbə münasibəti ilə Göyçayda və Zərdabda yeni doğulan körpələrə Eldar və Nigar adları qoyulub. Göyçay rayonunun Qarabaqqal kənd sakinləri Əliyev Tərlan və Əliyeva Cəmalənin qız övladına Nigar, Zərdab şəhər sakinləri Hüseynov Ruslan və Hüseynova Reyhanın oğlan övladına isə Eldar adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə