10 yaşlı istedadımız “Slavyan bazarı” beynəlxalq müsabiqəsində ilk üçlüyə daxil olub- FOTO

10 yaşlı istedadımız “Slavyan bazarı” beynəlxalq müsabiqəsində ilk üçlüyə daxil olub- FOTO

Azərbaycanı uşaqlar arasında keçirilən "Slavyan bazarı" beynəlxalq müsabiqəsində təmsil edən Yasin Qarayev ilk üçlüyə daxil olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Vitebskdə böyüklərlə yanaşı, uşaqlar arasında da keçirilən "Uşaq Slavyan bazarı" festivalı yekunlaşıb.

Festivalda Azərbaycan təmsilçisi, 10 yaşlı Yasin Qarayev ikinci yeri tutub. O, ikinciliyi latviyalı Valeriya Çuvizova ilə bölüşdürüb. Müsabiqənin "Qran-pri"sini Rumıniyadan olan 10 yaşlı Raluka qazanıb, birinci yeri isə Qazaxıstan təmsilçisi Meyrambek Kuralay əldə edib.

Y. Qarayev 2000-ci ildə Bakıda anadan olub. O, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində Azərbaycanın xalq artisti Rauf Babayevdən dərs alır.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə