Gənc ədib Orxan Muxtarlının "Xaç kölgəsində" kitabı işıq üzü görüb. Müəllifin SİA-ya verdiyi məlumata görə, kitabda erməni vandalizmi pislənir. Əsirlərlə Azərbaycan xalqının humanizmindən istifadə edərək, ona quyu qazan, antitürk, antimüsəlman təbliğatı aparan bədnam qonşularımızın iç üzünü açan müəllif, düşmənin tarixən yetirdikləri siyasət nəticəsində bu günədək 2 milyon soydaşlarımızın şəhid olduğunu ürək ağrısı ilə qələmə alıb.
Əsərdə "Yuxu", "Mələk cismində ifritə", "Şeytan xislətli kilsə", "Həqiqətin özü", "Behişt ordusu" və başqa yazılarında müəllif təxəyyülünün gücü ilə bu düşmənçiliyin planlı şəkildə həyata keçirildiyini açmağa çalışıb.
Qeyd edək ki, "Xaç kölgəsində" kitabının redaktoru yazıçı Əsəd Cahangirdir.
Məlumat üçün bildirək ki, ixtisasca jurnalist olan Orxan Muxtarlı uzun zamandır İrəli İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "İrəli Ədəbi məclis"in sədridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB