Azərbaycan rəqqasları beynəlxalq rəqs müsabiqəsində ikincilik qazanıblar- FOTO

Azərbaycan rəqqasları beynəlxalq rəqs müsabiqəsində ikincilik qazanıblar- FOTO

Türkiyədə keçirilən beynəlxalq rəqs müsabiqəsində Azərbaycan rəqqasları ikincilik qazanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müsabiqənin birincisi Gürcüstan, üçüncüsü isə Kosova rəqqasları olub.

Yeniməhəllə Bələdiyyəsi ilə Acity AVM və MCD Gənclik Klubunun təşkilatçılığı ilə keçirilən beynəlxalq rəqs müsabiqəsi ikinci dəfə keçirilib. Ev sahibi olması səbəbindən Türkiyə müsabiqədə iştirak etməyib.

Yarışmada Azərbaycanla yanaşı, Gürcüstan, Bolqarıstan, Rumıniya, Kosova, Bosniya və Hersoqovina, Puerto Riko, Serbiya rəqqasları iştirak edib. Qələbə qazanan Gürcüstan rəqqaslarına birincilik kubokunu başqan Fethi Yaşar təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə