İsveç “Eurovision-2012” mahnı müsabiqəsi üçün öz mahnı seçiminə start verib

İsveç “Eurovision-2012” mahnı müsabiqəsi üçün öz mahnı seçiminə start verib
İsveç Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi üçün öz mahnı seçiminə start verib. SİA- nın müsabiqənin internet saytına istinadən verdiyi məlumata görə, isveçli yayımçı "SVT" artıq mahnı qəbuluna başlayıb və həmin mahnılar 2012-ci il üçün "Melodifestival"da iştirak edəcək.


Bu il sözügedən festivalın yeni prodüseri də olacaq. Məlumatda bildirilib ki, təşkilatçılar seçim formatında cüzi düzəlişlər ediblər. Əsas diqqət çəkən məqam odur ki, "Eurovision" müsabiqəsinin veteranı və İsveçin nümayəndə heyətinin başçısı Krister Björkman bu müsabiqənin icraçı prodüseri olacaq.


SVT-nin şöbə müdiri Mathias Engstrand bildirib ki, 320 mahnı və 10 il iş təcrübəsindən sonra Kristerin təyinatını təbii hal adlandırmaq olar. Bu il "Webbjoker" müsabiqəsi yolu ilə yalnız bir mahnı seçiləcək.


Tanınmamış müğənnilər və bəstəkarlar öz mahnılarını sayta yükləyəcək və bu sayt vasitəsi ilə sonda bir mahnı seçiləcək. Bu il 16 mahnı peşəkar münsiflər heyəti tərəfindən "Melodifestival"a vəsiqə qazanacaq. İştirak etmək istəyənlər öz müraciətlərini 1-30 sentyabr tarixləri arasında onlayn şəkildə təsdiqləməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com