Kristofer Uoken və Şeron Stoun \"Yunan Tanrıları\"nı canlandıracaqlar

Kristofer Uoken və Şeron Stoun \"Yunan Tanrıları\"nı canlandıracaqlar
Məşhur aktyorlar Kristofer Uoken və Şeron Stoun Böyük Britaniya yazıçısı Meri Fillipsin \"Gods Behaving Badly\" adlı romanı əsasında ekranlaşdırılan filmə çəkiləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yazıçının kitabında hadisələr Londonda cərəyan edir.


Film çəkilişləri isə Nyu-Yorkda aparılıb. Bu ekran əsəri \"Yunan Tanrıları\"ndan bəhs edir. Süjetə əsasən Apollon gözəl, yaraşıqlı ölüm məlakəsinə aşiq olur. Bu eşqin sonu da bütün bəşəriyyəti təhlükə qarşısında qoyur. Apollonu canlandıracaq aktyorun adı hələlik açıqlanmayıb.


Kristofer Uoken filmdə Zevsi, Şeron Stoun isə Afroditanı canlandıracaq. Bundan başqa filmdə məşhur aktyorlardan Con Turturro, Edi Felko, Filisiya Raşad, Nelsan Ellis, Qideon Qlik, Henri Jebrovskiy və Rozi Peres də çəkiləcəklər. Ölüm məlakəsini Alisiya Silverstoun canlandıracaq.


Filmin rejissorluğu Mark Tertltauba həvalə olunub. Çəkilişlər bu ilin iyul ayında Nyu-Yorkda başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня