Əbülfəs Qarayev Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun nümayəndələrini qəbul edib

Əbülfəs Qarayev Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun nümayəndələrini qəbul edib

6 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başda parlamentin üzvü, nümayəndə heyətinin rəhbəri Filip Blanşar olmaqla Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunu qəbul edib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak edən nümayəndə heyətinin tərkibinə həmçinin, Belçika parlamentinin üzvləri Devid Girts, Olivye Anri, Vilem Frederik Şiltz və Fəxri Senator Stef Qoris daxil olublar. Azərbaycan tərəfindən isə görüşdə Milli Məclisin üzvü Fəzail İbrahimli və digərləri iştirak ediblər.

Təşrif buyurmuş qonaqları salamlayan nazir Ə. Qarayev Belçika Krallığı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmış, ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Filip Blanşar öz növbəsində "Eurovision" mahnı müsabiqəsindəki parlaq qələbəsi münasibəti ilə naziri təbrik etmiş və Azərbaycanın 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyindən əmin olduğunu qeyd edib.

Daha sonra nümayəndə heyətinə Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Turizm İnstitutu haqda məlumat verən Ə.Qarayev turizm sahəsi üzrə əməkdaşlıq, hər iki ölkədə infoturların keçirilməsi, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi üzrə işlərin görülməsinin vacibliyini qeyd edib. Bu xüsusda, nazir əməkdaşlığın daha da genişləndirilməsi üçün Belçikanın Valloniya vilayətinin turizm nazirini Azərbaycana dəvət edib. Bundan əlavə, nazir Belçikada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il Bakıda keçirilən "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi"ində iştirak etməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə