Niderland təmsilçisinin seçim qaydasında dəyişiklik edib- FOTO

Niderland təmsilçisinin seçim qaydasında dəyişiklik edib- FOTO
Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci "Eurovision" yarışmasında iştirakını təsdiqləyən Niderland təmsilçisinin seçim qaydasında dəyişiklik edib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Niderlandın TROS yayımçısı bu ölkənin gələn ilin may ayında Azərbaycanda keçiriləcək "Eurovision-2012" müsabiqəsi üçün seçim planını elan edib.


Birinci elan edilən dəyişiklərdə TROS istedadlı bəstəkar və müğənnilərə öz musiqilərini təqdim etmək üçün qeyri-adi üsul təqdim edib. İki köməkçi tərəfindən dəstəklənən TROS direktoru növbəti üç ay ərzində TROS qərargahının həyətində duracaq böyük bir çemodanı göstərib. TROS tanınmış və tanınmamış müğənniləri, eləcə də bəstəkarları öz mahnılarını çemodana aid olan poçt qutusuna göndərməyə dəvət edib: "Bu il mahnılar ayrı-ayrı yollarla təqdim edilə biləcək. İnsanlar musiqi sözlərini, musiqini, ifaçının adını, tam audio istehsalını təqdim etməkdə azaddırlar".


Niderlandda "Eurovision-2012" müsabiqəsi ilə bağlı keçiriləcək milli seçimlərdə iştirak etmək üçün son müraciət günü sentyabrın 30-dur. Seçimlərdə iştirak edən müğənnilərdən 6-7 nəfəri seçilərək növbəti ilin yanvarında bu ölkədə baş tutacaq musiqi festivalında iştirak hüququ əldə edəcək və Niderlandın "Eurovision-2012" təmsilçisi məhz həmin festivalda, elə 6-7 musiqiçi arasından seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com