Emil Əfrasiyaboğlu “Montreux Jazz Festival”ında “ən yaxşı pianoçu” nominasiyasında finala keçib

Emil Əfrasiyaboğlu “Montreux Jazz Festival”ında “ən yaxşı pianoçu” nominasiyasında finala keçib

İyulun 1-dən 16-dək İsveçrənin Montre şəhərində baş tutan ən prestijli caz festivalında ölkəmizi cazmen-pianoçu Emil Əfrasiyaboğlu təmsil edir. SİA-nın məlumatına görə, iyulun 6-sı ilk çıxışını nümayiş etdirən təmsilçimiz münsiflərin rəğbətini qazanaraq "ən yaxşı pianoçu" nominasiyasında finala keçib.

E. Əfrasiyaoğlu ilə birgə yarışan Ermənistan nümayəndəsi isə məğlub olaraq ölkəsinə qayıdıb.

Qeyd edək ki, 41-ci "Montreux Jazz Festival"ında Şahin Növrəsli 2-ci, 43-cü "Montreux Jazz Festival"da isə İsfar Sarabski birinci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə