Dövlət Akademik Milli Dram Teatrında "Azərbaycan qadını" jurnalının yeni sayı təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə Xalq Yazıçısı Elçinin "Teleskop" tragikomediyasının tamaşası göstərilib.
Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri, "Azərbaycan qadını" jurnalının baş redaktoru Fatma Abdullazadə növbəti nömrənin də maraqlı materiallarla zəngin olduğunu bildirib: \"Yeni nömrədə, ilk növbədə ölkəmizin həyatında parlaq hadisəyə çevrilmiş mühüm beynəlxalq layihələrdən söz açılır. Eyni zamanda, Bakıda böyük təntənə ilə keçirilmiş II Beynəlxalq muğam festivalı, aprelin 7-dən 9-dək davam etmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə yazılar dərc edilən jurnalda, bu tədbirlərin iştirakçısı olmuş nüfuzlu elm və mədəniyyət xadimlərinin, tanınmış simaların ürək sözləri, təəssüratları oxuculara təqdim olunur. Jurnalın yay buraxılışında oxuculara yeni rubrika da təqdim olunur. "Qonaq otağı"nda onlar Azərbaycanın qonaqları ilə tanış olacaqlar. Rubrikanın ilk qonaqları Oljas Süleymenov, Kşiştof Zanussi, Andrey Konçalovskidir. "Azərbaycan qadını"nın son buraxılışının səhifələrində, həmçinin Xalq Rəssamı Tahir Salahov, səhnəmizin gənc aktrisası İlahə Həsənova, zərif gimnast qızlarımızla bağlı zəngin materiallar və müxtəlif mövzuda digər yazılara verilib\".
Sonda, görkəmli nasir, dramaturq Elçinin \"Teleskop\" tamaşası izlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB