İlahə Əfəndiyevanın Türkiyədə keçirilən opera sənəti festivalında çıxışı uğuru olub
Türkdilli dövlətlərin beynəlxalq mədəniyyət təşkilatı "TÜRKSOY" xətti ilə hər il Türkiyədə keçirilən Beynəlxalq opera sənəti festivalında bu il Azərbaycanın opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti İlahə Əfəndiyeva təmsil edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 18-dən 30-a kimi davam edən səfər müddətində İ.Əfəndiyeva Mersin, İstanbul və Kiprin Girnə şəhərlərində keçirilən çoxsaylı konsertlərdə iştirak edib.
Festivalda azərbaycanlı vokalçı ilə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqortostan, Xakasiya, Qaqauzya və Şimali Kiprdən olan opera sənətçiləri də iştirak ediblər. Konsertlərdə Mersin Opera və Balet Teatrı simfonik orkestrinin müşayiəti ilə çıxış edən İ.Əfəndiyeva C.Verdinin "Traviata" operasından Violettanın və C.Puççininin "Madam Batterflyay" operasından Çio-Çio-Sanın ariyalarının yüksək professionallıqla ifa etmişdir. Onun festivaldakı çıxışları həm tamaşaçılar, həm də Təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib.
İ.Əfəndiyevanı yeni teatr mövsümündə Samsun Opera və Balet Teatrında Puççininin "Boqema" operasında çıxış etmək üçün dəvət alıb.
"TÜRKSOY"un baş direktoru Dyüsen Kaseinov İ.Əfəndiyevanın çıxışını yüksək qiymətləndirmiş və onu Abdulla Tuqay ili çərçivəsində TÜRKSOY" xətti ilə keçiriləcək festivalda iştirak etməyə dəvət edəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB