Emin Ağalarov: “Müslüm Maqomayevi anmadan konsertim tam ola bilməz”- FOTO

Emin Ağalarov: “Müslüm Maqomayevi anmadan konsertim tam ola bilməz”- FOTO

"Sabah konsertimdə Müslüm Maqomayevin mahnılarını mütləq ifa edəcəyəm. Biz sözsüz ki, onu anacağıq və düşünürəm ki, bunsuz mənim konsertim tam ola bilməz".

SİA-nın məlumatına görə, bu sözləri sabah Bakıda Yaşıl Teatrda solo-konsert proqramı ilə çıxış edəcək müğənni Emin Ağalarov jurnalistlərə açıqlamasında deyib.

Müslüm Maqomayevin barelyefinin açılış mərasimində iştirak edən E. Ağalarov konserti ilə bağlı geniş məlumat vermək istəməyib: "Bu gün bütün sözlər ancaq və ancaq Müslüm Maqomayevə aiddir".

M. Maqomayevi ustadı saydığını deyən müğənni onun haqqında fikirlərini söyləyib: "Düşünürəm ki, Müslüm Maqomayevi anmadan konsertim tam ola bilməz. Onun mənə qarşı münasibətini heç zaman unuda bilmərəm. Müslüm Maqomayev yaradıcılığıma hər zaman dəstək verən müəllimim olub. O mənə daima ümid verib. Məni müğənni olmaq üçün həvəsləndirib".

Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Bakıda Yaşıl Teatrda solo-konsert verəcək. Hər zaman olduğu kimi, müğənninin bu konserti də xeyriyyə məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə