Leonardo da Vinçinin məşhur rəsm əsərlərindən biri olan "Salvator Mundi" (dünyanın xilaskarı) rəssamlıq tarixində rekord vura bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər hesab edir ki, rəsm əsəri 125 milyon funt strenlinqə, yəni 201 milyon dollara satıla bilər.
Hazırda ən bahalı iş – Cekson Pollokun "5, 1948 nömrə" adlı sənət əsəri hesab edilir. Belə ki, bu əl işi 2006-cı ildə 140 milyon dollara satılıb.
L. da Vinçinin adıçəkilən əsəri cari ilin noyabrında London Milli Qalereyasında keçiriləcək sərgidə nümayiş oluna bilər. Hazırda şəklin sahibləri və qalereya əməkdaşları arasında əsərin sərgidə nümayişə çıxarılması istiqamətində danışıqlar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB