Norveç “Eurovision-2012” üçün təmsilçi və mahnı seçiminə başlayıb
Norveç Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı seçimə start verib. SİA-nın məlumatına görə, ölkənin "Eurovision" teleyayımçısı olan "NRK" tərəfindən "Melodi Grand Prix" üçün mahnı qəbulu açıq elan olunub.
Bu müsabiqənin qalibi gələn il "Eurovision"da bu ölkəni təmsil edəcək. 16 yaşına çatan hər kəs yarışmada iştirak edə bilər. Mahnı qəbulu sentyabrın 2-nə kimi davam edəcək. Xarici bəstəkarlar və müğənnilər də bu seçim turunda iştirak edə bilərlər.
Beləliklə, Norveç "Eurovision -2012" iştirak edəcəyini rəsmən açıqlayan 18-ci ölkə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB