Emin Ağalarovun mahnısı "Any Time You Fall" (Sən hər dəfə yıxılanda) Britaniya radio dalğasında top 30-a daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Eminin bu mahnısı Britaniya milli radiolarında 28-ci sırada yer alıb. Onu da qeyd edək ki, Böyük Britaniyada radio üçün alınan hər mahnı əvvəlcə radioçartlarda dinləyicilərin səslərinin sayı əsasında müəyyən olunur, bunda sonra daha çox dinlənilən mahnı radionun efirində səsləndirilir. Vurğulayaq ki, Eminin ingilis dilindəki ikinci sinqlında olan kompozisiyaların hər ikisi də BBC radiosunda "Həftənin ən çox dinlənilən mahnısı" statusunu almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB