Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə…

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə…

Bakıda keçirilən "İpək yolu" II Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyun ayının 30-u, saat 19.00-da Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində maraqlı layihə gerçəkləşəcək.

Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin gün teatrda Alman yazıçı-dramaturqu Patrik Züskindin "Kontrabas" pyesi əsasında eyniadlı tamaşa festivalda iştirak edən qonaqlara təqdim olunacaqdır.

Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov, muğam parçalarını isə Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmir ifa edəcəkdir.

Tamaşanın musiqi tərtibatında Avropa musiqisi ilə milli muğam parçaları məharətlə sintez olunaraq ömrünü musiqiyə həsr etmiş qəhrəmanın hiss və həyəcanını, sarsıntılarını gözümüz önündə canlandırır.

Sözügedən festivalda Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İsveçrə və Amerikadan qonaqlar dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə