Bakıda “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk tədbir keçirilib – FOTOSESSİYA
Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə \"İpək Yolu\" II Beynəlxalq Musiqi Festivalı çərçivəsində bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalçaları böyük İpək Yolunda" sərginin nümayişi və Cavad Tağızadənin "Xalçanın musiqi sehri" multimedia layihəsinin təqdimatı ilə başlayıb.
SİA-nın məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, bəşəriyyət tarixində nadir hadisələrdən olan Böyük İpək yolu Azərbaycandakı tarixi hadisələrə də böyük təsir göstərib: "Orta əsrlərdən başlayaraq Azərbaycan beynəlxalq vasitəçi rolundan aktiv iştirakçı roluna keçərək ticari dövriyyədə mədəni əlaqələrin mübadiləsində önəmli rol oynayıb. Bu yol Avropa və Şərq ölkələri arasında ticarət əlaqələri yaratmaqla yanaşı həm də mədəniyyətlərin sürətlə inkişaf etdirilməsində əvəzsiz rol oynayıb".
Xalq artisti xarici qonaqların Azərbaycan musiqisi ilə xalçalarının vəhdətinin canlı şahidi olacaqlarını da söyləyib.
Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva xalça və musiqinin vəhdətindən bəhs edərək onların arasında olan qırılmaz mənəvi bağlardan söhbət açıb: "Həm musiqi, həm də xalçaçılıq insanların qəlbini riqqətə gətirən, həm də onların ruhunu oxşayan bir sənət incisidir".
Qeyd edək ki, "İpək Yolu" II Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi bu gün axşam Şirvanşahlar Sarayında Ü. Hacıbəylinin "Əsli və Kərəm" muğam-operasının nümayişi ilə keçiriləcək. Bu opera 22 il Azərbaycan səhnəsində göstərilməyib və yenidən bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB