Yaxın günlərdə Ermənistanın “Eurovision-2012”də iştirak edib-etməyəcəyi məlum olacaq
Ermənistanın gələn il Bakıda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsində iştirak edib- etməyəcəyi məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək. SİA-nın Ermənistanın "Aykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu müsabiqənin Ermənistan üzrə nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bildirib.
Məlumat üçün bildirək ki, bu il Nigar Camal və
Eldar Qasımov Almaniya keçirilən müsabiqədə qələbə qazanıblar. \"Eurovision\"
qaydalarına əsasən də növbəti müsabiqə qalib ölkədə keçiriləcək.
\"Yaxın günlərdə isə mövzu ilə bağlı ilkin
məlumat veriləcək. Buna
baxmayaraq bu məsələ ilə bağlı qərar
hələ qəbul olunmayıb\", - deyə Qasparyan əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB