Hafiz Məmmədovun 90 illiyinə həsr olunan fərdi yaradıcılıq sərgisi keçirilib - FOTO
Bu gün Milli Azərbaycan Dövlət İncəsənət Muzeyində əməkdar incəsənət xadimi, tanınmış rəssam Hafiz Məmmədovun 90 illiyinə həsr olunan fərdi yaradıcılıq sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamları Ömər Eldarov, Ağaəli İbrahimov və başqaları iştirak ediblər.
Sərgidə ilk olaraq çıxış edən Fərhad Xəlilov bildirib ki, o, hərtərəfli bacarığa malik olan şəxsiyyətlərdən biri olub: "Dövrünün aktual problemlərinə dərin maraq, müasirlərinin ümumiləşmiş mənəvi aləminin psixoloji dəqiqliklə əksi, milli motivlərə müraciət Hafiz Məmmədovun yaradıcılığının xarakterik cəhətləri olub".
Sərgidə nümayiş olunan əsərlər Milli Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından seçilib.
Sərgidə rəssamın məişət janrında işlədiyi "Yay günləri", "Gözləməzdim", tarzən "Hacı Məmmədov"un portreti və digər sənət əsərləri də nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən sərgi iyunun 28-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB