Sloveniya “Eurovision-2012” müsabiqəsi üçün təmsilçisinin seçiminə başlayacaq
Yaxın zamanlarda Sloveniya "Eurovision-2012" müsabiqəsi üçün təmsilçisinin seçiminə başlayacaq. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, milli müsabiqənin yeni formatı "Eurovisionun missiyası" ("Misija Evrovizija") adı altında keçiriləcək.
Milli finalın adı isə "EMA" olaraq qalacaq. Müsabiqənin şüarı "Missiya: 120 milyon tamaşaçı, 43 ölkə və qalib" olacaq. Seçim prosesi 2011-ci ilin payızında, finalı isə fevralın 12-də olacaq.
Müsabiqənin prodüsserliyini Klemen Slakonya edəcək. Aparıcılarından biri isə Sloveniyanın builki müsabiqə təmsilçisi Maya Keuçun olacağı planlaşdırılır.
Sloveniyanın müsabiqə ilə bağlı əlaqəli qurum milli seçimlərə qatılmaq niyyətində olan sənətçilər qarşısında çoxsaylı şərtlər qoyublar - təmsilçi güclü vokal imkanlarına, mükəmməl şəkildə xarici dil bilgisinə malik olmalıdır, ekstravaqant, xarici görünüşü cəlbedici, səhnədən qorxmamalı və Sloveniyanı yüksək səviyyədə təmsil etmək potensialı olmalıdır.
Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində İsveçrə də təmsilçisini seçəcəyi tarixi açıqlayıb. İsveçrəni gələn ilin mayında bu müsabiqədə təmsil edəcək musiqiçinin adı dekabrın 10-da məlum olacaq. Məhz həmin gün bu ölkənin milli finalı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB