YUĞ Teatrı Polşa institutu ilə əməkdaşlıq edəcək

YUĞ Teatrı Polşa institutu ilə əməkdaşlıq edəcək
Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Qoran İnjak bu günlərdə Bakıda səfərdə olub. SİA-nın məlumatına görə, Adam Mitskeviç adına İnstitutun təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi gələcəkdə əməkdaşlıq üçün bazanın yaradılması məqsədilə Azərbaycan teatrları ilə xüsusi tanışlıq olub.
Qoran İnjak Bakıda olduğu müddətdə Azərbaycanın teatr prosesi ilə tanış ol
ub, Dövlət Pantomim, Dövlət Rus Dram, YUĞ Dövlət teatrlarının tamaşalarını izləyib. İnjak paytaxt teatrları ölkə tanışlıq zamanı onların yaradıcılıq istiqaməti, bədii-estetik səviyyəsi, fəaliyyət prinsiplərinə xüsusi diqqət yetirib. YUĞ Dövlət Teatrından bildiriblər ki, A.Mitskeviç adına İnstitutun əməkdaşı bu sənət ocağında "Mən, Məhəmməd Füzuli" səhnə divanı layihəsi çərçivəsində hazırlanan tamaşaları izləyibvə yüksək dəyərləndirib. Görüş zamanı, həmçinin YUĞ Teatrının yaradıcılıq metodu, "Psixosof" poetikası, teatr sənətinin çağdaş inkişaf tendensiyaları və s. mövzularda fikir mübadiləsi aparılıb. Qoran İnjak deyib ki, teatr xadimlərinin cari ilin oktyabrında Polşanın Krakov şəhərində keçiriləcək konfransında Azərbaycan teatrları, o cümlədən YUĞ Teatrı ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin konkret detalları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə