Almaniya “Eurovision-2012” mahnı müsabiqəsi üçün ulduz axtarışına start verib- FOTO

Almaniya “Eurovision-2012” mahnı müsabiqəsi üçün ulduz axtarışına start verib- FOTO

Almaniya növbəti ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi üçün ulduz axtarışına artıq start verib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu seçimlərdə ən uğurlu namizəd 2012-ci ildə Almaniyanı Bakıdakı müsabiqədə təmsil edəcək.

Almaniyanın milli seçim prosesi "Brainpool" şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Münsiflər heyətinə Almaniyanın ən məşhur artistlərindən olan 42 yaşlı Thomas D başçılıq edəcək. Öz qrupu ilə birlikdə o, dəfələrlə mükafatlara layiq görülüb.

Əvvəlki illərdə isə milli münsiflərə başçılıq edən Stefan Raab bu şərəfli işi Thomasa verdiyindən məmnunluq hissi duyduğunu ifadə edib: "Çox şadam ki, bu dəfə münsiflər heyətində baş rolu məhz Thomas ifa edəcək. Əminəm ki, o, bu işin öhdəsindən layiqincə gələcək və əlindən gələni əsirgəməyəcək".

Thomas D isə vurğulayıb ki, hər zaman münsiflər heyətinin rəhbəri olmaq arzusunda olmuşam: "Belə böyük musiqi layihəsində bu vəzifəni icra etmək mənim üçün əvəzolunmaz hissdir".

Bütün xəbərlər Facebook səhifəmizdə