UNESKO-da keçirilən foto-sərgidə erməni xaçkarların yaranma məkanları haqda məlumatlar sərgidən çıxarılıb. SİA-nın məlumatına görə, sərgidə iştirak edən Ermənistanın mədəniyyət nazirinin müavini və bu ölkənin Fransadakı səfiri fotolardan sözügedən məlumatların çıxarılmasına təəccüb ediblər. Şəkillərdə yalnız zamanla bağlı məlumatlar yerləşdirilib.
Maraqlıdır ki, Ermənistanın YUNESKO-dakı səfiri Şarl Aznavur bu sərgiyə qatılmayıb.
YUNESKO-nun bu "mədəni inkar" jestinə Ermənistanın Fransa və İsveçrədəki təşkilatları əməlli-başlı etiraz ediblər.
Xatırladaq ki, 2010-cu ilin noyabr ayında Azərbaycan ermənilərin öz adına YUNESKO-da qəbul elətdirmək istədikləri xaçkar sənətinə qarşı çıxaraq bunun tək ermənilərə aid olmadığını bildirmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB