Dövlət Musiqili Komediya Teatrında mövsümün son tamaşası Elçin Həmidovun xatirəsinə həsr olunur

Dövlət Musiqili Komediya Teatrında mövsümün son tamaşası Elçin Həmidovun xatirəsinə həsr olunur
İyunun 29-da Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Elçin Həmidovun 53 yaşı tamam olur. Bununla əlaqədar, həmin gün aktyorun şərəfinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Hərənin öz ulduzu" (S.Ələsgərov, İ.Məlikzadə) tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilib ki, mərhum aktyor bu tamaşada uzun illər Nəzir obrazını ifa edib. Teatr kollektivi aktyorun xatirəsinə hörmət əlaməti olaraq, mövsümü Elçin Həmidovun bu sevimli tamaşası ilə yekunlaşdıracaq. Tamaşa Azərbaycan Dəniz Gəmiçiliyi İdarəsinin Mədəniyyət Evində təqdim olunacaq.


Xatırladaq ki, mərhum aktyor Elçin Həmidov "Boşanaq, evlənərik" tamaşasında İkram, "Qarğa məndə qoz var"da Zərzibonskaya, "Qızıl gül"də Azay, "Beş manatlıq gəlin"də Nadir, "Özümüz bilərik"də Miriş, "Subaylarınızdan görəsiniz"də Mayıl, "Hərənin öz ulduzu"nda Nəzir, "Nəğməli Könül"də Mustafa, "Səhnədə məhəbbət"də ofisiant, "O olmasın, bu olsun"da Rza bəy, "Talelər qovuşanda"da Potuş rollarını ifa edib.


Qeyd edək ki, teatrın bu mövsümdə ən uğurlu işləri sırasına daxil olan Qoqolun "Evlənmə" tamaşasındakı Yaishnitsa obrazı mərhum aktyorun səhnədə son rolu olub. Aktyor 2011-ci il mart ayının 5-də vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com