“Yarımçıq gündəlik” filminin təqdimatı olacaq

“Yarımçıq gündəlik” filminin təqdimatı olacaq

İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində yeni sənədli filmin təqdimatı keçiriləcək. Bu, dövlət sifarişi ilə "Yaddaş" studiyasında istehsal olunan "Yarımçıq gündəlik" sənədli filmidir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, rejissor Rafiq Həşimovun çəkdiyi "Yarımçıq gündəlik" sənədli filmi Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş Fuad Əsədovun xatirəsinə həsr olunub. Filmin ssenari müəllifləri Rafiq Həşimov, Vəli Səyyadi, rejissoru Rafiq Həşimov, operatoru Elxan Nəbiyev, rəssamı Vəli Səyyadi, redaktoru Rafiq Hüseynlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə