Gənc rejissorun filmi Özbəkistanda

Rüstəm İbrahimbəyov adına Kino Akademiyasının tələbəsi olan gənc rejissor Murad Muradovun filmi Özbəkistanda keçirilən festivalda nümayiş olunub. Bu barədə SİA-ya açıqlamasında rejissor özü bildirib.

Onun sözlərinə görə, Fişka adlı gənc rejissorların müəllif kino festivalında rejissorun 2008-ci ildə Kino Akademiyada təhsil alarkən "Bakı mən səni sevirəm" proyekti əsasında çəkilən "Anlama" filmi nümayiş olunub: "Elçin Əsədovun ssenarisi əsasında olan film 5 dəqiqəni əhatə edir. Film cəmiyyətin insanlara qarşı biganəliyindən bəhs edir. Bütün hadisələr avtobusda cərəyan edir. Filmdə 3 əsas qəhrəman var. İki uşaq və bir yad planetli".

Festivalı Özbəkistanın Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyini deyən M. Muradov: "Festivalda Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Sank- Peterburq, Özbəkistan, Qırğızıstan və digər ölkələrin filmləri nümayiş olunub. Festivalda həmçinin gənc rəssamların əl işləri sərgilənib\".

Bütün xəbərlər Facebook səhifəmizdə