Ukraynada keçirilən beynəlxalq festivalda Azərbaycan “Sahə” filmi ilə təmsil olunub

Ukraynada keçirilən beynəlxalq festivalda Azərbaycan “Sahə” filmi ilə təmsil olunub

2-5 iyun 2011-ci il tarixində Ukraynanın Truskavets şəhərində beynəlxalq kinofestival kecirilib. SİA-nın Şərqi Avropa olkələri və Ukrayna bürosunun verdiyi məlumata görə, "Zolotoy Pektoral" adlı kinofestivalda Ukrayna, Rusiya, Gürcüstan, Kuba, Latviya, Argentina, Fransa və Azərbaycanın istehsalı olan filmlər nümayiş etdirilib.

Həmin festivalda iştirak edən Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil edib. Belə ki, Azərbaycanın təmsil olunduğu "Nərimanfilm" Kinostudiyasında çəkilən "Sahə" bədii filmi "operator işi" mükafatına layiq görülüb. Festivalda istirak edən Azərbaycan nümayəndə heyətinə səfirlik tərəfindən diqqət göstərilib.

Festivalda iştirak edən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı filmin rejissoru İlqar Safatla görüşüb, ona yaradıcılıq uğurları arzulayıb.

Əlmaniz ƏLƏKBƏRLİ

Bütün xəbərlər Facebook səhifəmizdə