“Eurovision- 2011” qalibləri məşhur musiqi şirkəti ilə müqavilə imzalayıblar

“Eurovision- 2011” qalibləri məşhur musiqi şirkəti ilə müqavilə imzalayıblar

"Eurovision- 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal Almaniyada "Universal music" musiqi şirkəti ilə müqavilə imzalayıblar.

SİA-nın \"Eurovision\" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünyanın ən böyük musiqi şirkəti ilə müqavilə imzalayan təmsilçilərimiz öz turneləri çərçivəsində bu albomlarını tanıtdıracaqlar.

Dünyanın 4 ən böyük musiqi şirkətlərindən biri olan "Universal Music" bir çox tanınmış müğənnilərin albomlarını hazırlayıb. Belə ki, bu məşhurlar sırasında Ledi Qaqa, Rihanna, David Vandetta və başqaları yer alır.

Onu da bildirək ki, təmsilçilərimiz həmçinin Rusiya, Portuqaliya, İspaniya, Türkiyə, Avstraliya, Yeni Zelandiya və bir çox ölkələrin musiqi şirkətləri ilə müqavilə bağlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə