Belçikadakı \"Roma Qall\" muzeyi

Belçikadakı Qall-Roma muzeyi \"Avropada ilin muzeyi\" nominasiyasında qalib olub. SİA-nın məlumatına görə, muzey 1954-cü ildə Tongeren şəhərində inşa edilib. O dövrdən başlayaraq ölkənin arxeoloqları regiondakı tarixi əşyaları toplamağa başlayıblar.


Hazırda Avropadakı qanunlara əsasən, \"Avropada ilin muzeyi\" nominasiyasında yalnız yeni muzeylər iştirak edə bilər. Bu məqsədlə də, 2006-cı ildə muzeyin binasında yenidənqurma işləri aparılıb. 4 il davam edən təmir planından sonra muzey nominasiyada iştirak edib və \"Avropada ilin muzeyi\" adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə