Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyi yaradılacaq

Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyi yaradılacaq

Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyi yaradılacaqdır.

SİA-nın xəbərinə görə, bu barədə qərar AŞPA-nın bu ilin mayında Sloveniyada keçirilmiş iclasında qəbul olunub.

Muzeyin yaradılması tədbirlərində iştirak etmək məqsədi ilə Milli Məclisin deputatı Rafael Hüseynov Sloveniyada səfərdədir.

R.Hüseynov bu ölkənin Nova-Qoritsa bölgəsində Azərbaycan xalqının cəsur oğluna həsr olunmuş muzeydə Bakıdan apardığı eksponatlarla tərtib olunacaq ekspozisiyanın hazırlanmasında yaxından iştirak edəcəkdir.

Səfər iyunun 6-da başa çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə