“Toy Nazınındır” musiqili tamaşanın təqdimatı olub- FOTOSESSİYA

“Toy Nazınındır” musiqili tamaşanın təqdimatı olub- FOTOSESSİYA

Yaşıl Teatrda Bakı Estrada Teatrının ilk tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, "Toy Nazınındır" adlanan musiqili tamaşanın bədii rəhbəri olan meyxanaçı Vüqar bildirib ki, bu layihə teatrın ilk işidir: "Musiqili tamaşanın Yaşıl teatrda keçirilməsi kollektivimizi daha həyəcanlı edib. Çünki buranın ab- havası tamam başqadır".

Tamaşanın ssenarisi və quruluşu meyxanaçı Vüqara aiddir. Vüqarın "Axı səni çox sevirəm can Bakı" klipinin ilk təqdimatı da məhz burada həyata keçib. Klip Bakının günü gündən inkişafına həsr olunub.

Tamaşada müğənni qismində çıxış edən müğənni Elton isə vurğulayıb ki, əsas məqsədimiz fəaliyyətə yeni başlayan teatrın ilk tamaşasını uğurla həyata keçirək: "Düşünürəm ki, bu ilk layihəmiz deyil, çünki bundan sonra da bir neçə proyektlərimiz var".

Məlumat üçün bildirək ki, tamaşada həmçinin yumor ustası kimi tanınan Fərda Xudaverdiyev Kəramət obrazında izləyicilərin xüsusi marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə