Atalar misalı var, deyir, "qulaq gündə bir söz eşitməsə, kar olar". Günümüzün reallığında məlum olan məsələ ondan ibarətdir ki, qulaqlarımız gündə bir deyil, bir neçə əndrabadi, həm də maraqlaı söz-söhbətlər eşidir.

Deyək ki, marşurut avtobusunda sıxlığın olmasına baxmayaraq sərnişinlər dillərini də dinc qoymurlar. Yerlərini çətinliklə də olsa rahatlayanlar, başlayırlar danışmağa. İlk öncə giriş olaraq Qarabağda müzəffər əsgərlərimizin rəşadətli qələbəsindən, ermənilərin məhv edilməsindən danışıb, "nə oldi Paşinyan" deyib, söhbətin bu hissəsini bitirib, keçirlər koronavirus bəlasına. Kimisi bu virusun ABŞ-ın və Qərbin yaratdığı bioloji silah olduğunu bildirirsə, başqa birisi də Çinin artmaqda olan əhalisinin kökünü kəsmək üçün hazırladığı dərman olduğunu deyir. Arada-bir ABŞ-ın artıq keçmiş prezidenti olan Donald Trampın sərsəm, anormal hərəkətlərindən söz açıb, Baydenin ermənipərəst vələdüznah birisi olduğunu söyləyirlər.

Bəzən çənələr o dərəcə də qızışır ki, sərnişin düşməli olduğu dyanacağı unudub, başqa daynacağa qədər getməli olur. Deyinə-deyinə avtobusu tərk edən kişi və ya qadın, hirsini-hikkəsini sürücünün üzərinə atmağa çalışır. Görünür sürücü çox belə hadisələrin şahidi olduğundan, əsəbi sərnişinin sözlərinə əhəmiyyət verməyir, sadəcə başını bulayıb, gülümsəyir və avtobusun qapılarını bağlayıb yoluna davam edir.

Söz yox ki, müasir dünyamız yeni texnologiyalarla zəngindir. Texnologiyadan istifadə bütün sahələrdə özünü göstərir və birbaşa olaraq cəmiyyətlərin iqtisadi-hərbi gücünə təsir edir. Bəzən həyatımızda yeni texnalogiyalarla bağlı maraqlı və təəccüblü söhbətlərdə eşidirik. O gün işdən çıxıb, 1 manatlıq taksilərdən biri ilə, evə gedirdim. Həmişəki kimi, taksi sürücüsü dili boğaza qoymadan koronovirusdan və vaksinləşmədən bir xeyli danışdı. Bu anda arxa oturacaqda əyləşən, bir cavan oğlan "hə, bu gün həkimlər bizim iş yerimizə gəlib, vaksin vururdular, amma mən vurdurmadım" deyincə, sürücünün "niyə" sualına, həmin cavan oğlan, "baxdım ki, şpirisin iynəsi çox qalındır, ona görə", dedi. Bu dəfə sürücü özünü kifayət qədər məlumatlı şəxs kimi göstərməyə çalışdı, "sənin dərinin altına "cpeys" yerləşdirmək istəyiblər, gərək razı olaydın". Bu dəfə mən "yəni dərialtına "cpeyis"də yerəşdirilər, Azərbaycanda belə hallar varmı" sualdolu nəzərlərlə sürcünün özündən razı sifətinə baxdım. "Bəli, Azərbaycanda varlı, imkanlı şəxslər, xüsusilə də, vəzifəli insanlar sağ biləklərinə "cpeyis" yerləşdirilər". Mənim ona təccüblə baxdığımı görüb, "Pullu-paralı insanlar alış-veriş edərkən, biləklərini aparata yaxınlaşdırmaqla, ödənişi edirlər. Xaricə pul daşınmasını da, "cpeyis" vasitəsi ilə həyata keçirilər". Sürücü həm də, inamla bildirdi ki, "cpeyis"i biləyə yerləşdirmək 2-3 min manat rüşvət verməlisən. Maraqlı məqam ondan ibarət idi ki, arxa oturacaqda əyləşən yol yolaşımız cavan oğlan da "düz deyir, düz deyir" söyləməklə sürücünün dediklərinə haqq qazandırdı.

Taksini tərk etdikdən sonra bir xeyli baş sındırıb, fikirləşməli oldum. Açıq-aşkar, taksi sürücüsü fikirləri ilə, məni şübhələrə saldı. Doğurdanmı, maraqlı qüvvələr və ya hakimiyyətlər yeni texnologiyalar tətbiq edirlər? Bəlkə də, insanlar üzərində nəzarəti həyata keçirmək üçün müxtəlif texnoloji vasitələrdən bəhrələnməyə çalışırlar. Gizli labarotirayalarda insanları virusa yoluxdurmaq üçün bioloji silah hazırlayanlar, elə eyni ssenari əsasında insanları nəzarət altına almaq üçün biləklərinin dərsinin altına "cpeyis"də yerləşdirməyi planlaşdırıblar. Əgər belədirsə, vay insanların halına. O mənada ki, insanların hara gedib, gəldikləri, nə işlərlə məşğul olduqları, nə danışdıqalarına nəzarət edəcəklər, təbii ki, ipə-sapa yatmayanlar, mərkəzi idarəetmədə oturanlar tərəfindən sıradan çıxarılacaqlar.

Bu yaxınlarda saytlardan birindən oxudum ki, Elton Musk adlı bir ixtiraçı insan-maşın ixtira edəcək. Bu insanlara süni intellektlə daha effektiv qarşılıqlı əlaqə yaratmağa kömək edəcək. Amma bir məsələ var ki, taksi sürücüsünün dediyindən fərqli olaraq "cpeyis" biləyin dəri altına deyil, sağ qulağın baş dərisinin altına yerləşdiriləck. Bir sözlə, yeni texnalogiyalar özü ilə problemlər gətirəcək. Amma təsəllimiz də, var. Yəni işimizi düzgün qura bilsək, insanları nəzarət məsələsindən bizlərdə bəhrələnə bilərik. Xüsilə də, müəyyən yol tapıb, mənfur erməniləri məhv edə və bununlada həm regionu, həm də dünyanı ermənizm bəlasından tamamilə xilas edərik.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə