Tehran 2014: Saatın əqrəbləri geriyə işləyəcəkmi?

Bü gün Brüsseldə keçirdiyim görüşlərdə müzakirə edilən məsələlərdən biri də Avropa Birliyi-İran münasibətlərində müşahidə edilən istləşmədir. Avropanın siyasi paytaxtında cənub qonşumuz ilə münasibətlərin yaxşılaşdırılmasına pozitiv yanaşırlar. Təbii ki, Qərb-İran münasibətlərinin istiləşməsi daha çox siyasi faktorlarla bağlı olsa geo-iqtisadi səbəblər heç də az deyil. Dünya qaz ehtiyatlarının 22, neft resurslarının 10 faizinə mailk olan qonşumuz eyni zamanda Yaxın Şərq ilə Avrasiya arasında yerləşməklə geo-siyasi əhəmiyyətə malikdir. Suriyadakı bataqlığa girməkdən çəkinən və bu əsasnada Tehranla portesial qarşıdurmanı proqnozlaşdırmaqda çətinlik çəkən Vaşinqton və Brüsselin regiondakı siyasətlərinə ciddi korrektələrin edilməsi müşahidə edilməkdir. Məsələnin siyasi tərəflərinə varmadan Qərb-İran yaxınlaşmasının iqtisadi təsirlərinin təhlili göstərir ki, istiləşmə indiki mərhələdə Qərb üçün kifayət qədər əhəmiyyətlidir.

Qərb İranı yenidən dünya bazarına qaytarmaqla təsir edə bilmədiyi enerji qiymətlərini tənzimləmək imkanı qazancaq. 2009-cu ildə gündəlik 1,9 milyon barrel neft istehsal edən İranın hasilatı 2013-cü ildə 1,1 milyon barelədək azalıb. Digər tərəfdən, siyasi gərinlik uzun müddətdir neft və mavi qaz bazarında "psixoloji çətir" formalaşdırıb ki, bu da nəinki enerji qiymətlərinin azalmasını tormozlayırdı, eləcə də birjada artımları stimullaşdırıdı. OPEK üzvü olmasına baxmayaraq İran Qərblə münasibətlərini yaxşılaşdırmağa nail olduğu halda dünya bazarına daha çox enerji resursları çıxrmağa çalışacaq. Sanksiyaların daha sərt olduğu son 2 ildə İranın milli valyutası 45,0 % dəyər itirdiyini, ÜDM real ifadədə azalmanın müşahidə edilərək ÜDM-in 988 milyard dollaradək azladığını və eləcə ixrac imkanlarının ciddi şəkildə aşağı düşdüyünü nəzərə aldıqda cənub qonşumuzun yeni istiləşmədən yararlanaraq ölkə daxilində iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılmasına çalışacaq. Bu isə yalnız dünya bazarına daha çox enerji resursları ixrac etməklə mümkündür. Deməli, Qərb və İran "uduş-uduş" oyununa başlayır: belə oyunda uduzan yoxdur, hər iki tərəf meydanı qalib kimi tərk edir. Nəticədə İran yeni ixrac gəlirləri əldə edir, Qərb isə ucuz enerji resurslarına sahib olur. Ucuz enerji resurslarına sahib olmaq AB üçün sadəcə xərclərin azaldılması baxımdan deyil eyni zamanda qlobal sistemdə yeni güclərin yaranmasının və ya rəqiblərinin güclənməsinin qarşısının alınması baxımdan əhəmiyyətlidir.

Neftin qiymətinin aşağı düşməsi real sektorda Qərb ölkələrinə ciddi şəkildə xərcləri azaltmaq və müqayisəli ucuz ixrac məhsulları istehsal etmək imkanı verəcək. Bu isə təbii ki, hal-hazırda böhranın sonuncu mərhələsini yaşayan avro-zona ölkələri üçün ixrac potensialını artırmaq baxımından əhəmiyyətlidir. Neftin dünya bazar qiymətini son 4 ildə 74,0 faiz yüksəldiyini və buna anoloji olaraq AB ölkələrində real sektor xərclərinin 17,0 faiz artıdığını nəzərə aldıqda Qərbin yerli istehsala yönəldilən iqtisadi maraqlarını başa düşmək çətin deyil.

Dünya bazarında neftin qiymətinin potensial azalması eyni zamanda qlobal sistemdə mövcud güclərin mövqelərinin dəyişməsinə səbəb olacaq. Neftin dünya bazar yüksək olması qlobal iqtisadi güclərdən Çinin zəifləməsinə səbəb olmadı, əksinə Rusiyanın qlobal arenada mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb oldu. Bəzi dairələrinin "yüksək neft qiymətləri- bahalı və rəqabət apara bilməyən Çin malları" reseptinin işləmədiyini artıq söyləmək mümkündür.

Qlobal maliyyə böhranından və ya neftin dünya bazar qiymətlərində müşahidə edilən artımlardan sonra Çinin Ümumi Daxili Məhsulu 2013-cu ildə 2008-ci ilə nisbətən 31,4 trilyon dollardan 56,5 trilyon dollara çatıb. Buna paralel olaraq Rusiya iqtisadiyyatı 2009-cu il ilə müqayisədə 2013-çü ildə 64,0 faiz artaraq 1,3 triliyo dollardan 2,2 trilyon dollaradək böyüyüb. Şimal qonşumuzda adambaşına düşən ÜDM sözügedən dövrdə 45,0 faiz artaraq 15,0 min dollara çatıb. Artıq Moskvanın daxili problemlərdən daha çox regional məsələlərə diqqət ayırması müşahidə edilir. Xüsusən də, keçmiş Sovet məkanında ciddi siyasi yükü olan Rusiyanın "iqtisadi layihələri" heç də Qərbdə "gülərüzlə" qarşılanmır. İlkin qiymətləndirmələrə görə, enerju resursların qiymətindəki azalma Rusiyanın dövlət gəlirlərinin hiss edilən azalmasına səbəb olacaq: belə ki, neftin hər barellində 10 dollar azalma Rusiya ÜDM-də 1,2 faiz faiz tənəzzül deməkdir. Enerji resurslarının Rusiya ixracında payının 80,0 faiz və eləcə də federal büdcənin gəlirlərinin 76,0 faizini formalaşdırdığını nəzərə alsaq söhbətin kifayət qədər ciddi iqtisadi alətdən getdiyi aydındır. Praktik olaraq "İran və Yaxın Şərq" kartından uzun müddət iqtisadi və siyasi məqsədləri üçün istifadə edən Moskva indi həmin kartın digər üzü ilə qarşılaşır. Lent geriyə işləyə bilər və Qərb topu öz meydançasına keçirməyə çalışır. Bu isə Rusiya üçün ciddi siqnaldır.

İran ilə isti münasibətlər yaxın gələcəkdə Avropanın mavi qaza olan tələbatının şaxələnməsinə də səbəb olacaq. Daxili istehlakçının 46,0 faizini Rusiyadan ixrac edən AB bu sahədəki vəziyyətdən məmun deyil. Hətta Xəzər Layihəsi də vəziyyəti ciddi şəkildə dəyişə bilməyəcək. Bu daha çox Aşqabadın tərəddüdlü mövqeyi ilə bağlıdır. Enerji təhlükəsizliyinin foramalaşmasında Bakının dəstəyini qazanan Brüssel Xəzər dənizinin Şərqinə üzə bilmədi. Bu heç də Qərbin üzmək qabilliyəti ilə deyi, Xəzərin şərqində üzgüçüləri qarşılayanların olmaması ilə bağlı idi. Bu kontenksdə, Qərb gəmilləri artıq Şərqi deyil Cənubi Xəzərə lövbər sala bilərlər.

İran layihəsi Qərbə eyni zamanda Yaxın Şərqdə yeni oyunçuların yaranmasının qarşısını almaq imkanı verəcək. Küncə sıxılmış İran Türkiyənin şərqdə genişlənməsinə maneə ola bilmirdi. Başa çatmaqda olan ilin geo-siyasi təhlili göstərir ki, Brüssel Ankaranın müstəqil oyunundan məmun deyil. İrana yeni meydançanın verilməsi isə Tehran ilə Ankara arasında regional rəqabətin gücləndirilməsinə və bu isə Türkiyənin Şərqdəki mövqelərinə birbaşa təsir göstərəcək. Söhbət isə yalnız siyasi deyil eyni zamanda ciddi iqtisadi dəyişiliklərdən gedir.

Dəyişən İran eyni zamanda Qərb şirkətləri üçün yeni bazarın yaranması deməkdir. 78,0 Milyon istehlakçısı olan İran heç də kiçik bazar deyil. Adambaşına düşən 13,0 mim dollar ÜDM-in dollar olduğunu nəzərə aldıqda söhbətin eyni zamanda alıcılıq qabiliyyəti heç də az olmayan ölkədən getdiyi bəlli olur. Qərb malları İranda sadəcə gəlir əldə etmək məqsədi daşımayacaq bu eyni zamanda İranlı istehlakçıların zövqünü dəyişəcək. Nəinki iqtisadi hətta siyasi dəyişikliklər də məhz insanların zövqlərinin dəyişməsindən başladığını nəzərə aldıqda Qərbin strateji marağını dəyərləndirmək çətin olmaz. Güman olunur ki, Qərb-İran münasibətləri proqnozlaşdırıldığı kimi olarsa o zaman Brüssel Tehranın Ümumdünya Ticarət Təşkilatına gedən yoluna yaşıl işıq yandıracaq.

Beləliklə, 2014-cü ili qışının Tehranda heç də soyuq keçməyəcəyi gözlənilir. Unutmayaq ki, qışda normadan artıq günəş şüaları adətən neqativ təsirlərə də malik olur.

Brüssel,

4 Dekabr, 2013

Bütün xəbərlər Facebook səhifəmizdə