İranın nüvə proqramına qarşı ABŞ və İsrailin ciddi adddımlar atmaq niyyəti sanki Cenevrə danışıqlarından sonra regionda qızışan müharibəni ötüşdürdü. Bu danışıqlar isə nə az, nə çox düz 34 ildən sonra ABŞ-İran arasında inkişafa doğru dəyərləndirilə bilinəcək bir addım oldu.
Lakin sözü gedən Cenevrə danışıqlarından dərhal sonra iqtisadi sıçrayış baş verdi və qızılın, neftin, eləcə də ABŞ dollarının dəyəri xeyli aşağı düşdü. Bu arada isə "5+1" danışıqlarından sonra İranın Amerika banklarındakı 8 milyard dollarlıq maliyyə vəsaiti aktivləşdirildi. Bu da sözsüz ki, maliyyə bazarında növbəti iqtisadi dalğa kimi ABŞ iqtisadiyyatına zərbə idi. Belə ki, elə həmin iqtisadi sıçrayışın ardından, ABŞ senatoru Cenevrə danışıqlarına baxmayaraq, İrana qarşı tətbiq edilən sanksiyaların dekabrda yenidən gözdən keçiriləcəyi ilə bağlı bəyanat verdi.
Bu ilk növbədə, İranla ABŞ arasında sazişin həm olması, həm də olmaması anlamına gətirib çıxarır. Beləliklə, Cenevrə sazişi çoxlu sual işarələrinin müşayəti ilə çoxdan gözlənilən müharibə atmosferasının qığılcımına səbəb olacaq siyasi gedişata yol açır. Baxmayaraq ki, ilk baxışdan bu danışıqları İranın ilkin uğuru kimi qiymətləndirmək də mümkün idi. Lakin əsas məsələ ondan ibarətdir ki, amerikanlılar tərəfində bu problemin həlli məsələsi hələ də "to be continued" kimi dəyərləndirilir.
Nəzərə alaq ki, ABŞ Rusiyanı İrana nüvə silahını əldə etmək üçün yardım etməkdə təqsirləndirirdi. Bu səbəbdən də, Rusiyanın "Rosoboroneksport" və daha 3 şirkətinin fəalliyyəti dondurulmuşdu. Cenevrə danışıqlarından sonra bu sanksiyalar xeyli yumuşaldıldı. Bu yumuşaldılmanın səbəbi isə ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında İrana qarşı sanksiyaların təbiqində Rusiya imzasını görmək istəməsindən irəli gəlirdi.
Cenevrə danışıqlarından əvvəl Rusiya ABŞ qarşısına şərt qoyaraq, dörd Rusiya şirkətinin silah alverinə qoyulan qadağanın ləğvini istəmişdi. Əvəzində isə Moskva İrana qarşı yeni sanksiyalar tətbiq etməkdə yardımçı rolunu oynamağı söz vermişdi.
Xatırlatmaq gərəkdir ki, Rusiya İranın, Suriyanın və Şimali Koreyanın raket sistemləri və ya kütləvi qırğın silahlarının alverində təqsirləndirilən şirkətlərinə qarşı ABŞ-ın həmişə sanksiyalar tətbiq etməsini tənqid edirdi. Lakin bu arada, ABŞ Rusiyaya güvənmədiyini də nümayiş etdirmiş oldu. Belə ki, Ağ ev nümayəndələri sanksiyaların yumşaldılmasına dair özlərinin qərar verdiklərini və bunun arxasında başqa bir siyasi addımın olmadığını bəyan edirlər.
Görəsən, ABŞ və Rusiya kimi "mehriban düşmənlər"in iş birliyi nə ilə nəticələnəcək və Rusiya öz mövqeyini güdmək ambisiyası ilə ABŞ-ın güvən imtahanından necə çıxacaq? Ekspertlərin fikirləri əsasında qiymətləndirmə aparsaq, o zaman belə qənaətə gəlmək olar ki, Amerika Rusiyanın siyasi xəttindəki manevrlərə bələd olduğundan özünü bilərəkdən sığortalamaq məqsədi ilə bu cür bəyanatları səsləndirməsi normaldır. Lakin Rusiyanın İranı Amerikaya qarşı müttəfiq kimi görməsi, böyük ehtimalla Kremlin verdiyi sözə əməl etməyəcəyinin göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB