Abuzər Mütəllimov: "Özbaşına tikililər yalnız məhkəmə qərarı ilə sökülməlidir"
İnsanlar böyük ümidlərlə torpaq alır, ev tikir, bir müddətdən sonra isə əzab-əziyyətlə tikdiyi ev bir anın içində sökülür, daha qaba dillə desək, yerlə-yeksan edilir. Səbəb isə həmin evlərin kommunikasiya xətlərinin keçdiyi ərazilərdə, dəmir yollarının xüsusi mühafizə zolaqlarında, neft buruqlarının arasında inşa edilməsidir.
30 minə yaxın qanunsuz tikili
İndi Bakıətrafı kənd və qəsəbələrdə on minlərlə bu cür qanunsuz tikililər var və onların böyük hissəsi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazisindədir. Bu yaşayış sahələri rəsmi icazə olmadan tikildiyindən onlara mülkiyyət hüququ da verilməyib. ARDNŞ-in rəsmi məlumatına görə, qurumun balansında olan ərazilərdə qanunsuz evlərin tikilməsi 2000-ci ildən başlayaraq kütləvi hal alıb. Bu isə neft-qaz hasilatının artmasına, həmçinin hasilatın pay bölgüsü üzrə sazişin öhdəliklərinə problem yaradır. Hazırda ARDNŞ-ın ərazilərində, o cümlədən neft yataqlarının ərazilərində, boru mühafizə zolaqlarında tikilən 30 minə yaxın qanunsuz tikili var.
ARDNŞ qanunsuz tikililərlə bağlı mübarizəyə 2007-ci ildən başlayıb. Həmçinin bununla bağlı neft şirkətinin tərkibində Təhlükəsizlik İdarəsi də yaradılıb. 2012-ci il ərzində qanunsuz evlərin sökülməsi iddiası ilə Binəqədi rayonu üzrə 7 minə yaxın iş məhkəmələrə təqdim ediləcək. Ümumilikdə isə qanunsuz evlərlə bağlı 22 mindən çox iddia ərizələri hazırlanıb.
"Gecəqondu", "sənədsiz ev" və ya...
Son vaxtlar paytaxtda qanunsuz tikililərin sökülməsi ilə bağlı tədbirlərin genişlənməsi və bunun səs-küy yaratması diqqəti cəlb edir. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazilərində qanunsuz evlərin inşası kütləvi hal alıb. "Gecəqondu", "qanunsuz tikili" və ya "sənədsiz ev", ümumiyyətlə hərənin bir cürə adlandırdığı bu evlər daha çox köhnə neft buruqları arasında, neftlə çirklənmiş ərazilərdə, neftlə, mazutla dolu gölməçələrin yaxınlığında inşa olunub. Yaşayış üçün tamamilə əlverişsiz olan bu ərazilərdə acınacaqlı mənzərə müşahidə etmək mümkündür.
Neft Şirkətinin balansında olan ərazilərdə əsasən yöndəmsiz, necə gəldi tikilmiş evlərin bəzilərinin həyətində neft quyuları belə var. Bəzi tikililərin divarları da neft qurğularına bitişikdir. Buruqların yaxınlığında və bir-birinə sıx tikilmiş evlərin qaz turbaları da həmin neft quyularının yaxınlığındadır. Elektrik naqilləri də neft quyularına çox yaxın yerlərdən keçir. Evlərin əksəriyyəti sonradan torpaqla doldurulmuş mazut gölməçələrinin yerində tikilib. Tikililərin bir addımlığında yerləşən neft quyularının iyi qaz, mazut iyinə qarışıb və bu da dözülməz vəziyyət yaradır. Torpağın üst örtüyü tamamilə mazutla örtüldüyündən həmin ərazidə ağac da bitmir. Bu cür əlverişsiz şəraitdə yaşamaq sözsüz ki, insanların da ürəyincə deyil.
Neft buruqlarının həndəvərində yaşayanları gözləyən fəsadlar
Maraqlıdır ki, belə ərazilərdə yaşamağın çətin, eyni zamanda təhlükəli olduğunu bildikləri halda insanlar yenə də bu tip yerlərdə məskən salmaqdan çəkinmirlər. Bu ərazilərdə yaşamaq ekoloji cəhətdən sağlamlığa ziyandır. Bu cür şəraitsizlik, çirklənmiş hava insanların genofonduna, xüsusilə uşaqlara ziyan vurur. Belə yerlərdə radiasiya fonunun yüksək olması insan sağlamlığı üçün çox təhlükəli fəsadlar doğura bilər. Mütəxəssislərin sözlərinə görə, köhnə neft buruqlarının ərazilərində yaşayanlarda xərçəng, ürək-damar, astma-bronxit, mədə xəstəliklərinə tutulma halları bir neçə dəfə artıb.
Qanunsuz tikililərin taleyi necə olacaq?
Vətəndaşlar arasında hüquqi maarifləndirmə zəifdir
A. Mütəllimovun sözlərinə görə, özbaşına tikililərdə yaşayan vətəndaşlarımızın əksəriyyətinin nə torpaq sahəsinə, nə də ki, üzərində tikinti işlərinin aparılmasına dair icazə ilə bağlı hüquqmüəyyənedici sənədləri olmur. Bunun səbəbləri içərisində vətəndaşlar arasında hüquqi savadın və hüquqi maarifləndirmənin zəif olması, özbaşına tikililər ucaldılarkən onlara müvafiq qurumlar tərəfindən göz yumulması və s. göstərmək olar
Hüquqşünas onu da diqqətə çatdırıb ki, 2007-ci il, 28 oktyabr tarixində Mülki Məcəlləyə edilmiş dəyişiklikdən sonra özbaşına tikililərin yalnız məhkəmə qərarı əsasında sökülməsinin mümkünlüyü öz əksini tapıb: "Bu dəyişikliyin müsbət məqamı ondan ibarətdir ki, özbaşına tikilinin sökülməsi məsələsinə baxarkən bir sıra xüsusatlara aydınlıq gətirilməlidir ki, onlardan da mühüm olanları vətəndaşın təkcə sahibliyində olduğu əmlakdan məhrum edilməsi deyil, həmçinin yaşayış sahəsindən çıxarılması, yaşadığı tikiliyə istifadə hüquqlarından məhrum edilməsi məsələlərinin də gündəmə gəlmə ehtimalıdır. Yaxşı olardı ki, məhkəmə orqanları bu sahədə qərarlar qəbul edərkən bu halları nəzərə alsınlar. Dövlətimiz isə, öz növbəsində, vətəndaşlarına sahib çıxmaqla onların yaşayış hüquqlarını digər üsul və vasitələrlə bərpa etmək iqtidarındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



