Aşqabadda “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda beynəlxalq konfrans keçirilib

Türkmənistanın paytaxtı Aşqabadda “Su ehtiyatlarından səmərəli istifadə - dayanıqlı inkişafın əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib.

SİA xəbər verir ki, konfransda 10 ölkədən 60-dan çox mütəxəssis və su resurslarının idarə olunması sahəsində layihələr həyata keçirən 9 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları təmsil etdikləri ölkələrə aid təcrübə və davamlı inkişaf məqsədinə nail olmaq məsələləri üzrə regional əməkdaşlığın genişləndirilməsinin aktual istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, bir sıra məsələlərin həllində milli və regional səviyyələrdə tərəfdaşlığın rolu müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...