Efiyopiyada təyyarə qəzası olub ölən və yaralananlar var

Efiopiyanın Hərbi Hava Qüvvələrinin Sudanın Cənubi Sudanla sərhədindəkiAbey mübahisəli ərazisinin Kaduqli şəhərinə uçan vertolyotu qəzaya uğrayıb. SİA-nın verdiyi xəbərə görə, BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı vertolyotda 23 nəfər olub. Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan 3-üağır vəziyyətdədir.

Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.

Daha əvvəl Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşıkorrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...