Kamikadze Kabili qana boyadı: 40 nəfər öldü!

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən partlayış nəticəsində ən azı 40 nəfər həlak olub, 80 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. TASS informasiya agentliyi xəbər verir ki, partlayış Məhəmməd (s.a.s.) peyğəmbərin mövludu ilə bağlı tədbirin keçirildiyi zalda baş verib. İlkin məlumata görə, partlayışı kamikadze törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə