Qazax sakini özünə bıçaqla xəsarət yetirib

Qazax rayonunda yerli sakin özünə bıçaqla xəsarət yetirib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aslanbəyli kənd sakini, 1961-ci il təvəllüdlü Tanrıverdi Hacıyev qarın nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.

İlkin məlumata görə, o, özü-özünü bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə