Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu Raife Elmas zərərsizləşdirilib. SİA xəbər verir ki, terrorçu “Dicle Zafer” ləqəbi ilə fəaliyyət göstərib. O, avqustun 15-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Bingöl bölgəsində terrorçu düşərgələrini bombalaması nəticəsində məhv edilib.

Qeyd edək ki, Raife Elmas Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu kimi axtarışa verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə